Gürcüstanda koronavirusa yoluxanların sayı 411-ə çatdı

© © Sputnik / Alexander Imedashvili Карета Скорой медицинской помощи в Грузии, фото из архива
Карета Скорой медицинской помощи в Грузии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan hökumət Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

BAKI, 22 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 411-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha üç nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 97-si sağalıb, 4-ü ölüb. Hazırda bu ölkədə 5015 nəfər karantində, 573 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Gürcüstan hökumət Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

"Aprelin 15-i saat 21:00-dan etibarən ölkənin dörd böyük şəhərində - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş-çıxış 10 gün müddətinə bağlanır", - deyə Qaxariya qeyd edib. Bundan əlavə, aprelin 17-dən ölkədə şəxsi minik avtomobillərinin hərəkəti tam dayandırılıb.

Baş nazir qeyd edib ki, ölkədə tətbiq olunan fövqəladə halın may ayının 10-a qədər uzadılması üçün ölkə prezidentinə müraciət edəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 martdan qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər komendant saatı tətbiq olunub.

Xəbər lenti
0