DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Donald Tramp Şimali Koreya liderinin xəstəliyi barədə məlumatlara reaksiya verib

© REUTERS / LEAH MILLISЛидер Северной Кореи Ким Чен Ун и президент США Дональд Трамп беседуют в саду отеля Metropole
Лидер Северной Кореи Ким Чен Ун и президент США Дональд Трамп беседуют в саду отеля Metropole - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ lideri bəyan edib ki, əgər Kim Çen In həqiqətən elə bir vəziyyətdədirsə, bu ciddi məsələdir və Tramp ona şəfa diləyir.

BAKI, 22 aprel - Sputnik. ABŞ Prezidenti Donald Tramp "kəşfiyyatın" Şimali Koreya lideri Kim Çen Inın xəstəliyi barədə verdiyi məlumatlara reaksiya verib. O Ağ Evdə keşirdiyi mətbuat konfransında bu barədə danışıb.

ABŞ lideri bəyan edib ki, əgər Kim Çen In həqiqətən elə bir vəziyyətdədirsə, bu ciddi məsələdir və Tramp ona şəfa diləyir. Lakin telekanalın ABŞ kəşfiyyatına istinadən verdiyi məlumat heç kim tərəfindən təsdiqlənməyib. "CNN xəbər verəndə mən onlara çox da inanmıram", - dövlət başçısı deyib.

Bu günlərdə Şimali Koreyanın Yonhap agentliyi ölkə liderinin səhhətindəki problemlər barədə məlumatı təkzib edib. Bunu Cənubi Koreyanın Prezident administrasiyasının nümayəndəsi də təsdiq edib.

Aprelin 21-də CNN məlumat yayıb ki, Kim Çen In əməliyyatdan sonra kritik vəziyyətdədir.

Kim Çen In aprelin 15-də babası Kim İr Senin ad günü mərasimində olmayıb. Bu fakt onun səhhəti barədə şübhələr oyadıb. Bundan 4 gün əvvəl Şimali Koreya lideri hökumətin iclasında iştirak edib.

Xəbər lenti
0