BAKI, 20 aprel — Sputnik. Kanadanın Yeni Şotlandiya vilayətində baş verən atışma nəticəsində ən azı 16 nəfər ölüb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Məlumata əsasən, şənbə günü 51 yaşlı Qabriel Uortman Portapik şəhəri və digər yaşayış məntəqələrində insanlara atəş açıb. Onu tutmaq üçün polis təxminən 12 saat əməliyyat keçirib. Əməliyyat bazar günü səhər saatlarında, Qalifaks şəhəri yaxınlığında baş çatıb. İnsanlara atəş açan şəxs öldürülüb.
Kanada/Nova Scotia
— Rebella🃏🗯️🃏 (🏡) (@SpoonTabby) April 20, 2020
Amoklauf eines als Polizist verkleideten 51jährigen Zahnarztes fordert 16 Todesopfer.https://t.co/EZIpd5isnd
Uortmanın üzərində polisə formasına bənzər forma olub, lakin o hüquq mühafizə orqanlarının əməkdaşı olmayıb. Onun hadisəni törətmə səbəbi açıqlanmır.
Polis komissarı Brenda Lakinin sözlərinə görə, insident terrorizm kimi dəyərləndirilmir.