BAKI, 16 aprel — Sputnik. Rusiyanın Krasnoyarsk şəhərində məktəbə silahlı hücum planlaşdıran silahlı şəxs saxlanılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Xidməti (FTX) məlumat yayıb.
Məlumata əsasən Krasnoyarsk sakini, 2006-cı il təvəllüdlü yeniyetmə saxlanılıb.
"Ondan patronlarla birgə ov tüfəngi, partlayıcı qurğu olduğu ehtimal edilən vasitə, rabitə vasitələri və planlaşdırılan cinayət haqqında detalları özündə əks etdirən şəxsi gündəliklər müsadirə olunub", - deyə Rusiya FTX-nın yaydığı məlumatda bildirilir.
Hazırda faktla bağlı araşdırmalar davam edir.