CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhali ərzaqdan sonra daha çox pulu bu məhsullara xərcləyir - Rəqəmlər

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidПродажа сигарет в одном из магазинов, фото из архива
Продажа сигарет в одном из магазинов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və ya 2019-cu ilin müvafiq rübünün göstəricisindən nominal ifadədə 10,8 manat çox olub.

BAKI, 16 aprel — Sputnik. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq, o cümlədən 4,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz artım, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalma müşahidə olunub.

Hesabat dövründə məhsulun bazarda satışından əldə edilən gəliri milyon manatla aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Ümumi pərakəndə ticarət dövriyyəsi - 9 242,3 101,2 milyon manat

Ərzaq məhsulları - 4 338,2 103,1 milyon manat

İçkilər və tütün məmulatları - 502,8 100,8 milyon manat

Toxuculuq məhsulları, geyim və ayaqqabılar - 1 545,7 96,4 milyon manat

Elektrik malları və mebellər - 528,4 100,1 milyon manat

Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları- 63,6 98,3 milyon manat

Əczaçılıq və tibbi mallar - 144,7 130,5 milyon manat

Avtomobil yanacağı - 481,9 97,7 milyon manat

Digər qeyri-ərzaq məhsulları - 1 637,0 100,8 milyon manat

Cari ilin birinci rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub

2020-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,7 faizi ticarət müəssisələri, 47,8 faizi fərdi sahibkarlar tərəfindən, 28,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,5 faiz artıb, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda isə 11,0 faiz azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və ya 2019-cu ilin müvafiq rübünün göstəricisindən nominal ifadədə 10,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq malları alıb.

Xəbər lenti
0