Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pandemiya zamanı nağdsız ödənişlər nə üçün vacibdir – professor şərh edir

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, hökumətin nağdsız ödənişlərin artması üçün atdığı addımlar effektini göstərir
Elnur Sadıqov: “Əhalinin əlindəki vəsaitlərin kartlara yerləşdirilməsi çox zəruridir”

“Koronavirus pandemiyasından öncə də ölkəmizdə nağdsız önədişlərin genişləndirilməsində müsbət tendensiya müşahidə edilirdi”. Bunu Sputnik Azərbaycan-a koronavirus pandemiyası dövründə nağdsız ödənişlərin əhəmiyyəti haqqında danışarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib.

Professor bildirib ki, hər zaman nağdsız ödənişlərin həm sərfəli, həm də sağlamlıq cəhətdən üstünlüklərinin olması qeyd olunub:

“Kağız pullar müxtəlif bakteriyaların daşıyıcısı olmaq üçün əlverişlidir. Bu baxımdan hökumətin nağdsız ödənişlərin artması üçün atdığı addımlar da effektini göstərir. Baxmayaraq ki, insanlarımız müxtəlif qoruyucu əlcəklərdən istifadə edir, ancaq yenə də kartla ödəniş etməyə üstünlük verirlər. Aparılan müşahidələr göstərir ki, əhalinin əlindəki vəsaitlərin kartlara yerləşdirilməsi çox zəruridir. Düşünürəm ki, hazırda bu tendensiya ölkəmizdə yaxşı vəziyyətdədir”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0