Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkədə həkim çatışmazlığı var?

CC0 / Martin Büdenbender / DoctorHəkim əməliyyatdan əvvəl
Həkim əməliyyatdan əvvəl - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, həkim çatışmazlığı olsaydı, bu çatışmazlığı 19 həkimlə ləğv etmək mümkün olmazdı.

BAKI, 16 aprel — Sputnik. “Ölkəmizdə həkim çatışmazlığından söhbət gedə bilməz”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı 19 həkimin Azərbaycana dəvət olunmasının həkim çatışmazlığı ilə bağlılığına aydınlıq gətirərkən bildirib.

O qeyd edib ki, ölkəmizdəki bütün səhiyyə müəssiələrinin həkimləri səfərbər edilib: “Onlara onlayn təlimlər keçirilir. Türkiyədən Azərbaycana gələn 19 həkim buradakı həkimlərə dəstək və ən ağır senariyə hazırlıq üçündür”.

ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, həkim çatışmazlığı olsaydı, bu çatışmazlığı 19 həkimlə ləğv etmək mümkün olmazdı.

Xəbər lenti
0