BAKI, 14 aprel — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 1 920 918-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, virusa yoluxmuş 119 686 nəfər vəfat edib, 449 230 minə yaxın şəxs isə sağalıb.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 582 min 468 nəfərə çatıb. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 170 099 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.