CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bəlkə də qaytardılar...” ümidi ilə yaşamayın: Heç nə bağışlanmayacaq!

© Sputnik / Murad OrujovBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əliyev: “Haqqında bir dəfə inzibati protokol tərtib edilmiş şəxs bağışlanacağını düşünüb, ikinci dəfə yola çıxacağı təqdirdə həmin şəxs haqqında materiallar məhkəməyə göndəriləcək”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Ölkədə martın 14-dən koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə xüsusi karantin rejimi tətbiq edilib. Epidemiyanın genişlənməsi səbəbindən martın 14-dən sonra da rejim bir neçə dəfə sərtləşdirilib.

Qazaxda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülər rahat oturmasın – Cərimə sistemi qüvvədədir

Aprelin 5-dən isə küçəyə ancaq xüsusi icazə ilə çıxmaq olar. Belə ki, vətəndaşlar "8103" nömrəsinə mesaj göndərərək icazə ilə, hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalından xüsusi icazə ilə avtonəqliyyat vasitələri ilə hərəkət edə bilərlər.

Karantin rejimini pozanlar haqqında isə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilir.

Ancaq görünür ki, tərtib edilən protokollar vətəndaşları narahat etmir. Belə ki, son statistikaya görə, təkcə ötən gün 2204, aprelin 1-dən bu günə qədər isə 18687 nəfər haqqında protokol tərtib edilib.

Bəzi vətəndaşlar elə hesab edir ki, bu cərimələr dövlət tərəfindən bağışlanacaq. Çünki tətbiq edilən protokolların çox hissəsi qərarsızdır.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu səhv düşüncədir. Cərimələr heç bir halda bağışlanmayacaq.

"Vətəndaş ona protokol yazılan zaman narazıdırsa, inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, bu halda tətbiq edilən protokola qərar çıxarılmır və o qeydiyyatda qərarsız kimi olur. Amma artıq dünəndən ölkə başçısının fərmanı ilə Dövlət Yol Polisi əməkdaşlarına da qərar çıxarmaq səlahiyyəti verilib. Həmin fərmana görə, inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına DYP əməkdaşları da daxil edilib. Artıq kimsə fikirləşməsin ki, karantin rejiminin pozulmasına görə inzibati protokol tərtib edilibsə, qərarlı və ya qərarsız olsa belə o, cərimə ödəməyəcək, cərimələr bağışlanacaq. Xeyr. Bunu düşünənlər yanlışlığa yol verirlər", – deyə K.Əliyev bildirib.

Onun sözlərinə görə, hansısa bir nəqliyyat vasitəsini idarə edən şəxsə karantin qaydasını pozmasına görə barəsində Yol Patrul əməkdaşı tərəfindən protokol tərtib edilirsə, icra edilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul olunacaq.

"Bunu başa düşmək lazımdır ki, "cərimələr nə vaxtsa silinəcək, bağışlanacaq" fikri səhvdir. Haqqında bir dəfə inzibati protokol tərtib edilmiş şəxs bağışlanacağını düşünüb, ikinci dəfə yola çıxacağı təqdirdə həmin şəxs haqqında materiallar məhkəməyə göndəriləcək" – deyən şöbə rəisi əlavə edib ki, bir dəfə qayda pozduğuna görə haqqında inzibati protokol tərtib edilmiş şəxslər sistemdə görünür. İkinci dəfə qayda pozularsa, məhkəmə ağırlaşdırılmış hal kimi ya həmin şəxsi 200 manat məbləğində cərimə edəcək, ya da inzibati qaydada bir aya qədər həbs olunması barədə qərar verəcək.

"Bunu nəzərə almaq lazımdır. Bir daha sürücülərə karantin qaydalarını pozmamaq tövsiyə edilir", – deyə K.Əliyev vurğulayıb.

Xəbər lenti
0