CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qorxmadan "gətirin" deyə bilərsiniz - İndi daha sərfəli olub

CC0 / cdz / courierKuryer, arxiv şəkli
Kuryer, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mövcud vəziyyət nəzərə alınır. Müştəri sifariş verdiyi məhsulu ünvana gələrək götürə bilməz. Amma əvəzində kuryer xidmətinin qiyməti aşağı salınıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Sosial şəbəkələrdə də paylaşılan məlumatlardan belə bəlli olur ki, poçt daşınmalarında müəyyən problemlər var. Bəzi sosial şəbəkə istifadəçiləri onların məhsullarının çatdırılmasında gecikmələrin olduğunu desə də, digərləri hələlik heç bir problemlə qarşılaşmadığını bildirir.

Ərzaq dükanı - supermarket, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərzaq birbaşa evimizə çatdırılacaq – Yeni qayda tətbiq edilir

Sputnik Azərbaycan mövcud durumu araşdırıb.

"Azərpoçt" MMC-dən verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin müvafiq poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində növbəli iş rejimi davam etdirilir. Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı "Şəbəkə" Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən "Şəbəkə" Xidmət mərkəzləri 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərir: "Eyni zamanda Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 22, 25, 33, 66; 2 saylı poçt filialının 9, 17, 65, 100, 102, 111, 117, 145, 146; 3 saylı poçt filialının 2(MXŞ), 16, 27, 32, 34, 40, 48, 67, 74, 91, 92, 96, 104, 112, 118, 119, 123, 129, 133, 142, 149; 4 saylı poçt filialının 39, 41, 42, 43, 45, 46, 50, 77, 89, 90, 93, 120, 151, 156; 5 saylı poçt filialının 63 (MXŞ), 3, 4, 21, 23, 63, 80, 81, 82, 83, 170; 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 37, 38, 52, 53, 54, 72, 108, 114, 116, 130, 135, 147 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri və poçt şöbələri 09:00-dan 16:00-dək fəaliyyət göstərir".

"Poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pul köçürmələrinin çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir", - deyə bildirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, ümumilikdə isə ölkədaxili poçt göndərişlərinin mübadiləsində və ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılmasında heç bir məhdudiyyət yoxdur: "Təkcə paytaxtda 70-dən çox poçt şirkəti fəaliyyət göstərir. Hazırda da bütün növ xidmətlər, eyni zamanda maliyyə məsələləri ilə bağlı xidmətlər vətəndaşlar üçün açıq xidmətdədir".

Əlaqə saxladığımız karqo şirkətlərindən isə verilən məlumatda bildirilib ki, məhsullar Azərbaycana öncəki kimi, eyni müddətdə gətirilir, heç bir gecikmə yoxdur: "Sadəcə olaraq mövcud vəziyyət nəzərə alınır. Yəni, müştəri sifariş verdiyi məhsulu bizim ünvana gələrək götürə bilməz. Bizim 10-15 kuryerimiz var. Düzdür, onlar xüsusi geyimdə olmasa da, çatdırılan məhsul dezinfeksiya edilir".

"Məhsulun birbaşa olaraq ünvana çatdıırlması ödənişlidir. Lakin mövcud vəziyyəti nəzərə alaraq bu qiymətləri endirmişik. Məsələn, əvvəl kuryer xidmətinə görə, ən az ödəniş 3 manat idisə, hazırda bütü karqo şirkətlərində çatdırılma qiyməti 1 manatdır", - deyə karqo şirkətindən verilən məlumatda bildirilib.

Xəbər lenti
0