BAKI, 13 aprel — Sputnik. Ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq hazırda 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir: “Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.