İranda yenə zəlzələ oldu

© Depositphotos.com / ShamtorСейсмограф регистрирует колебания на листе измерительной бумаги
Сейсмограф регистрирует колебания на листе измерительной бумаги - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ yerli vaxtla saat 06:53 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

BAKI, 12 aprel – Sputnik. İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4,6 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 06:53 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Xəbər lenti
0