CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Nazir: "Koronavirusla bağlı təsdiq olunmuş Tədbirlər Planı vaxtında icra ediləcək"

© AZƏRTACAzərbaycan Respublikasının Baş Naziri Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov - Sputnik Azərbaycan
Abunə olmaq
"2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% olub. İşsizliyin səviyyəsi isə ən aşağı - 4,8% təşkil edib. Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib"

BAKI, 9 aprel — Sputnik. Baş Nazir Əli Əsədov Milli Məclisdə videohesabat verir.

Sputnik Azərbaycan xəbər verir ki, videohesabatdan sonra deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

Baş Nazir bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir:

"2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb. Hesabat ili Azərbaycan üçün uğurlu il olub. Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib".

O bildirib ki, 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% olub: "İşsizliyin səviyyəsi isə ən aşağı - 4,8% təşkil edib. Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub. Keçən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycan "Doing Business" hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb".

Baş Nazir bildirib ki, koronavirusla bağlı təsdiq olunmuş Tədbirlər Planı vaxtında icra ediləcək: "Məhdudlaşdırıcı tədbirlərin görülməsi, qərarların qəbul edilməsinin məqsədi vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Biz bu ağır sınaqdan minimum itki ilə çıxmalı, əhalinin sağlamlığını qorumalıyıq".

Xəbər lenti
0