CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu rayonlar üzrə pensiyaların verilməsi bu gündən təmin ediləcək

© Sputnik / © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz

BAKI, 8 aprel — Sputnik. Bu gün 8 rayon üzrə pensiya ödənişlərinin verilməsi təmin ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonlarında bu gün pensiya ödənilməsi müəyyən edilib.

Qeyd edək ki, COVİD - 19" pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də Ünvanlı Dövlət Sosial Yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib. "Covid-19" pandemiyası ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda bildirilir ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Xəbər lenti
0