Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çəkmək və yazmaq: sən meydanda tək multimedia müxbiri olanda

© Sputnik / Murad OrujovПресс-конференция, посвященная климатическим изменениям и их влиянию на сельское хозяйство Азербайджана
Пресс-конференция, посвященная климатическим изменениям и их влиянию на сельское хозяйство Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı tanınmış media eksperti həmkarları ilə multimedia jurnalistinin işinin sirlərini bölüşəcək.

BAKI, 7 aprel — Sputnik. Bugünkü jurnalistika eyni vaxtda bir neçə vəzifənin yerinə yetirilməsini tələb edir. Buna görə də multimedia müasir reportyorlar üçün zərurətə çevrilir. SputnikPro təhsil layihəsi çərçivəsində keçirilən KİV nümayəndələri üçün üçüncü vebinar eyni vaxtda necə çəkmək və yazmaq barədə danışacaq.

Həm peşəkar jurnalistlər, həm də yeni başlayan reportyorlar "Çəkmək və yazmaq: sən meydanda tək multimedia müxbiri olanda" mövzusunda keçirilən üçüncü onlayn sessiyada iştirak etmək üçün dəvət olunur. Görüşün spikeri məşhur media eksperti, rusiyalı jurnalist, "Rossiya seqodnya" MİA-nın "Ordu və güc strukturları" şöbəsinin rəhbəri Andrey Stanavov olacaq.

Andrey Stanavov Moskva Aviasiya İnstitutunu "aviasiya mühərriklərinin mühəndis-konstruktoru"ixtisası üzrə bitirib. Yazılı jurnalistika və PR sahəsində 12 ildən çoxdur ki, foto və videoçəkilişlərlə məşğuldur. "Aviaport" Sənaye Agentliyində ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. Daha sonra bir neçə il "Roskosmos"un tabeliyində olan strukturda və "İnterfaks" Beynəlxalq İnformasiya Agentliyində ştatdankənar müxbirdən tutmuş müdafiə mövzusu üzrə reportyora qədər müxtəlif vəzifələrdə işləyib. "İnterfaks"dan "Enerji" raket-kosmik korporasiyasının mətbuat xidmətinə baş mütəxəssis vəzifəsinə keçib. 2017-ci ilin yayından "Rossiya seqodnya" BİA-da işləyir.

© © Courtesy of Andrey StanavovAndrey Stanavov
Çəkmək və yazmaq: sən meydanda tək multimedia müxbiri olanda - Sputnik Azərbaycan
Andrey Stanavov

SputnikPro təhsil proqramı çərçivəsində Andrey Stanavovun iştirakı ilə vebinar aprelin 10-da saat 14:00-da keçiriləcək.

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak edib.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0