CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlardan Bakıya və digər istiqamətlərə hərəkət intensivliyi - Son məlumat

© Sputnik / Rahim MuradovRayonlararası postlar
Rayonlararası postlar - Sputnik Azərbaycan
Abunə olmaq
Təkcə şənbə gününə olan məlumata görə, icaze.e-gov.az-dan icazəsi alınan şəxslərin sayı 400 mindən də yuxarı idi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Bu gün bütün dünyada SARS-CoV-2 virusunun yayılması, virusa yoluxanlar, o cümlədən də ölənlərlə bağlı rəqəmlərdə durmadan artımın müşahidə edilməsi ilə əlaqadar olaraq əksər hökumətlər #evdeqal aksiyasına başlayıb. Azərbaycanda da bu aksiyaya start verilib və bununla əlaqədar evdən çıxanların sayı mədudlaşdırılıb. Həmçinin artıq rəsmi icazə, SMS bildiriş olmadan vətəndaşların evdən çıxması məsuliyyət yaradır.

Artıq ötən gündən etibarən dövlət və özəl sektorlarda çalışanların rəsmi icazə ilə işə çıxmasını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalı istifadəyə verilib. Portalın istifadəyə verilməsi həm də rayonlarda qalan Bakı və rayon qeydiyyatlı şəxslərin geri qayıtmasına imkan verir.

Bəs maraqlıdır, rəsmi olaraq icazəsi alınan şəxslərin hərəkəti ilə bağlı olaraq bu dəqiqəyə olan son məlumat necədir?

Rayonlardan Bakıya, ümumilikdə isə  bütün istiqamətlərdə hərəkət intensivliyinin çox aşağı olduğu müşahidə olunur.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev deyib. O bildirib ki, rəsmi olaraq icazəsi alınan şəxslərin geri qayıtması, hərəkəti təmin olunur: "Kimin ki rəsmi icazəsi var, onların hərəkəti təmin olunur. Lakin kimin icazəsi yoxdursa, onlarla bağlı müvafiq addım atılacaq, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar".

"Lakin biz buraxılan şəxslərlə bağlı rəqəmləri hesablamamışıq. Sadəcə olaraq onu qeyd edə bilərəm ki, təkcə şənbə gününə olan məlumata görə, icaze.e-gov.az-dan icazəsi alınan şəxslərin sayı 400 mindən də yuxarı idi. Bu bir neçə gündə rəqəmlər, yəqin ki, bir qədər də artıb", - deyə Kamran Əliyev əlavə edib.

#evdeqal

Xəbər lenti
0