CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstəxanada 2 saatdan artıq vaxt itkisi olarsa, arayış almalı olacaqsınız

© Sputnik / Anton Vergun / Mediabanka keçidБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətəndaşlar hər hansı bir tibb müəssisəsinə, yaxud da həkimə getdikdə orada qalma vaxtları uzanarsa, bu zaman SMS-lə icazə verilən 2 saat limitini aşa bilərlər" - Ceyhun Salmanov

BAKI, 3 aprel — Sputnik. "Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. SMS məlumatın mətnində 1 indeksini yazmaqla təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir) icazə alınmalıdır. Lakin onu qeyd edim ki, hər hansı bir tibb müəssisəsinə, yaxud da həkimə getdikdə orada qalma vaxtları uzanarsa, bu zaman SMS-lə icazə verilən 2 saat limitini aşa bilərlər. Lakin tibbi məsələlərlə əlaqədar olaraq proses uzadılarsa, onlar bir qədər uzun müddətə xəstəxanada qala bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün evdən çıxma qaydalarının təmin edilməsi sisteminin təqdimatına həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib. O bildirib ki, lakin buna görə, onlar həkimdən arayış almalı və evlərinə qayıdarkən karantin rejiminin məhdudiyyətlərini tətbiq edən əməkdaşlar tələb etdikdə bu arayışı onlara təqdim etməlidirlər.

Xəbər lenti
0