Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tramp neft qiymətləri barədə: Siz razılaşın, biz isə...

© AFP 2024 / BRENDAN SMIALOWSKIПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti qeyd edib ki, Moskva və Ər-Riyad dünya bazarlarında vəziyyəti yaxşılaşdırmaq üçün yaxın vaxtlarda hasilatın həcminə dair saziş imzalaya bilər.

BAKI, 3 aprel — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə neft qiymətlərinə dair söhbət zamanı ABŞ tərəfindən neft hasilatının azaldılması kimi güzəştləri müzakirə etməyib.

Журналисты стоят перед входом в штаб-квартиру Организации стран-экспортеров нефти (ОПЕК) - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan neft danışıqlarına hazırlaşır – Dəvət gəlib

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, o, eyni zamanda, Moskva və Ər-Riyadın dünya bazarlarında vəziyyəti yaxşılaşdırmaq üçün yaxın vaxtlarda hasilatın həcminə dair saziş imzalaya biləcəyini açıqlayıb.

"Bu həm Rusiya, həm də Səudiyyə Ərəbistanı üçün yaxşı olardı. Mən ümid edirəm ki, onlar bu sazişi imzalayacaqlar. Onlar bunu mənə dedilər. Düşünürəm ki, bu tezliklə baş verəcək, tezliklə onlar bunu elan edəcəklər", - deyə Amerika lideri bildirib.

Xatırladaq ki, aprelin 1-də ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiya və Səudiyyə Ərəbistanı ilə neft sektorunu dəstəkləmək məqsədilə dünya bazarlarında neftin qiymətinin artırılması məsələsini müzakirə edəcək.

"Onlar (Rusiya və Səudiyyə Ərəbistanı – red.) toplaşmağı planlaşdırır, biz hamımız nə edə biləcəyimizi dəyərləndirmək üçün toplaşmağı planlaşdırırıq. Çünki siz sənayenizi itirmək istəmirsiniz. Bu, minlərlə, minlərlə iş yeridir", - deyə Tramp vurğulayıb.

O etiraf edib ki, aşağı neft qiymətləri bir tərəfdən ABŞ aviaşirkətlərinə yardım edir, digər tərəfdən ABŞ-ın neft sənayesinə zərbə vurur: "Bu iki ölkə bunu müzakirə edir. Lazım olsa, mən də qoşulacağam", - deyə Tramp əlavə edib.

Нефтяное месторождение в Северном море, Норвегия - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan bir açıqlama ilə dünya neftinin qiymətini bahalaşdırdı

Tramp əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla "yaxşı söhbət" edib.

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.

Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.

Xəbər lenti
0