BAKI, 3 aprel — Sputnik. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni hərbi əsgər naməlum şəraitdə ölüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən aprelin 3-də saat 00:35 radələrində 2000-ci il təvəllüdlü erməni əsgər Qareqin Babakexyan aldığı güllə yarasından həyatını itirib.
Hazırda faktla bağlı araşdırma aparılır. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.