BAKI, 3 aprel — Sputnik. İspaniyada koronavirusa yoluxanların sayı 7 472 nəfər artaraq 117 710-a çatıb. Bu barədə Sputnik Azərbaycan İspaniyanın "El Pais" nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən bir həftə ərzində ilk dəfə İspaniyada ölənlərin sayına görə azalma qeydə alınıb. Bu müddət ərzində İspaniyada 932 nəfər ölüb. Ümumilikdə İspaniyada epidemiya başlayandan bəri ölənlərin sayı 10 935-ə çatıb.
Qeyd edək ki, hazırda İspaniya COVİD-19-a yoluxanların sayına görə İtaliyanı da keçib. Belə ki, İtaliyada bu virusa yoluxanların sayı 115 242, ölənlərin sayı isə 13 915-ə çatıb.
Dünyada ən çox koronavirusa yoluxma sayına görə lider isə ABŞ-dır. Bu ölkədə virusa yoluxanların sayı 245 573-ə çatıb.