BAKI, 30 mart — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.
Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.