Hər bir amerikalıya 1 200 dollar veriləcək

© AFP 2024 / MASSOUD HOSSAINIМужчина считает доллары, фото из архива
Мужчина считает доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar prezidenti Donald Tramp mühüm qanunu imzaladı, hər vətəndaşa 1 200 ABŞ dolları veriləcək.

BAKI, 28 mart - Sputnik. ABŞ prezidenti Donald Tramp 2 trilyon ABŞ dollarından çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, bundan əvvəl iqtisadi paket Senat və Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib.

Bu, ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketidir. 

Belə ki, sonuncu dəfə Konqres 2008-ci ildə dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün 800 milyard ABŞ dolları həcmində yardım paketini təsdiqləmişdi.

Sənəddə işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları adambaşına təxminən 1 200 ABŞ dolları məbləğində birdəfəlik ödəmələr ala biləcəklər.

Xəbər lenti
0