Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Amerika birjaları rekord vurur: qiymətlər qalxdı

© AP Photo / Mark LennihanБиржа
Биржа - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini sıfırlamaqla birjanın çökməsinin qarşısını ala bilmədi, buna görə də, analitiklərin təbirincə deyilsə, "maliyyə atom bombasını" işə saldı

BAKI, 25 mart — Sputnik. Amerika iqtisadiyyatının stimullaşdırılması tədbirlərinin tezliklə qəbul olunacağına inanan sərmayədarlar birjalarda rekord yüksəlişə səbəb olublar. Dow Jones-un sənaye indeksi birdən-dirə 11,37 faiz artıb. Bu, 1933-cü ildən bəri maksimal göstəricidir.

Sputnik Azərbaycan The Wall Street Journal-a istinadən bildirir ki, Amerikanın nəhəng şirkətlərini birləşdirən digər iki əsas indeksi - S&P 500 və Nasdaq müvafiq olaraq, 9,38 və 8,12 faiz artıb.

В здании фондовой биржи в Сиднее, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dünya iqtisadiyyatında ciddi böhran gözlənilir: səbəb koronavirusdan da dərindir

Bundan əvvəlki iki həftə ərzində birjalar, demək olar ki, çökmüş, Donald Tramp prezident olduqdan bəri qazanılan bütün artım itirilmişdi.

ABŞ birdən-birə iki amil - müəssisələrin dayanmasına səbəb olan koronavirus pandemiyası və OPEC+ razılaşmasının iflası fonunda neft qiymətlərinin kəskin enməsi - səbəbindən iqtisadiyyatın dəstəklənməsi üçün görünməmiş addımlar atıb.

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini sıfırlamaqla birjanın çökməsinin qarşısını ala bilmədi, buna görə də, analitiklərin təbirincə deyilsə, "maliyyə atom bombasını" işə saldı. Burada söhbət bankların balansında, eləcə də iri kredit xətlərində olan dövlət istiqrazlarının qeyri-məhdud sayda satın alınmasından gedir.

Bu fonda Tramp administrasiyasının təklif etdiyi 2 trilyon dollarlıq tədbirlər paketi sərmayədarları Vaşinqtonun vəziyyəti nəzarətdə saxlayacağına inandırdı. Proqram hələ qəbul olunmayıb, ancaq onun əsas bəndləri artıq senatorlarla razılaşdırılıb.

Xəbər lenti
0