CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus xəbərləri bezdirici olanda...

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidСтенд международного информационного агентства и радио Sputnik
Стенд международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər jurnalistlərlə koronavirus pandemiyasının necə işıqlandırılması barədə müzakirə aparacaqlar

BAKI, 24 mart — Sputnik. "Koronavirus barədə necə savadlı və oxunaqlı yazmaq olar?" SputnikPro maarifləndirici layihəsi çərçivəsində təşkil olunacaq vebinar hazırda bütün dünya üçün aktual olan bu mövzuya həsr olunacaq.

"Koronavirus barədə necə savadlı və oxunaqlı yazmaq olar?" birinci onlayn sessiyasının spikerləri mikrobioloq Yevgeni Plisov və RİA Novosti-nin rusdilli xəbər lentinin başçısı Yelena Qluşakova olacaq.

© Photo : Courtesy of Yevgeny PlisovYevgeni Plisov
Koronavirus xəbərləri bezdirici olanda... - Sputnik Azərbaycan
Yevgeni Plisov

Yevgeni Plisov

Yevgeni Plisov Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Mikrobioloqdur. "Mayak" radiosunda "Mikrodünya" verilişinin aparıcılarından biridir. "Ağıllı Moskva" layihəsi verilişlərinin aparıcısı, lektor, elm təşviqatçısıdır. 

Yelena Qluşakova

Yelena Qluşakova agentlikdə 1999-cu ildən işləyir - hərbi-diplomatiya redaksiyasında staj keçməyə gəlib və elə burada da işləməyə başlayıb, ümumilikdə XİN və onun başçısının fəaliyyətini işıqlandırıb.

© Photo : Courtesy of Yelena GlushakovaYelena Qluşakova
Koronavirus xəbərləri bezdirici olanda... - Sputnik Azərbaycan
Yelena Qluşakova

Bir neçə il sonra RİA Novosti-nin Kreml pulunun müxbiri olub. Sonra siyasət redaksiyasının rəhbəri təyin olunub. 2014-cü ildən RİA Novosti-nin rusdilli xəbər lentinə cavabdehdir.

SputnikPro maarifləndirici proqramı çərçivəsində vebinar martın 26-da Moskva vaxtı ilə 13:00-da başlayacaq. 

Vebinarda iştirak etmək istəyən jurnalistlər qeydiyyat üçün Sputnik Azərbaycan-ın mətbuat katibinin elektron ünvanına - gulzar.mustafaeva@sputniknews.com - yaza bilərlər.

SputnikPro - Rusiyanın  KİV-də çox böyük iş təcrübəsi olan aparıcı mütəxəssisləri və ən yaxşı mediamenecerlərinin unikal ustad dərsləri seriyasıdır. O, miqyasına görə Rusiyada yeganədir. 

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində keçirilib. 2018-ci ilin martından bəri layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR mütəxəssis, mətbuat xidmətləri əməkdaşı, bloger və profil istiqamətləri üzrə tələbə iştirak edib.

Xəbər lenti
0