Birincidən qurtulmamış, Çin ikinci dalğa ilə qorxudur

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda dünyada 156 mindən çox insan koronavirusa yoluxub. Onun törətdiyi COVID-19 xəstəliyindən 5.8 min insan ölüb, 73.9 min insan sağalıb

BAKI, 16 mart — Sputnik. Çin karantin tədbirlərini ləğv etdikdən sonra ölkədə koronavirus epidemiyasının ikinci dalğası başlaya bilər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu ABC telekanalının efirində ABŞ-ın Milli Səhiyyə İnstitutunun Allergiya və infeksion xəstəliklər İnstitutunun başçısı Entoni Fauçi deyib.

Fauçinin sözlərinə görə, təkrar yoluxma riski Çin normal həyata geri döndükdən sonra artacaq.

“Məhdudiyyətləri qaldırıb normal həyata qayıtdıqca yoluxmanın ikinci dalğası gələ bilər. Ümid edirəm ki, bu olmayacaq”, - o deyib.

Alim eləcə də bildirib ki, ABŞ-da epidemiya bir neçə ay davam edə bilər. Bu, əsasən infeksiyanın yayılmasına “nəzarət üçün tədbirlərin effektivliyindən” asılıdır.

“Bu, bir neçə həftədən bir neçə ayadək çəkə bilər. Dinamikanın necə olduğunu bilmək istəyirsinizsə, Çinlə Cənubi Koreyaya baxın. Çində onlar zirvəyə çatdılar, indi isə göstəricilər enir. İki gün əvvəl orada cəmi 11 yoluxma  halı qeydə alınmışdı, bu isə orada olan əvvəlki vəziyyətlə müqayisədə həddən artıq azdır”, - Fauçi əlavə edib.

Hazırda dünyada 156 mindən çox insan koronavirusa yoluxub. Onun törətdiyi COVID-19 xəstəliyindən 5.8 min insan ölüb, 73.9 min insan sağalıb.

Xəbər lenti
0