CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Bəylər Əyyubov barədə sərəncam imzaladı

Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti bu gün ləğv olunmuş Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında yaradılan üç yeni qurumdan biridir

BAKI, 16 mart - Sputnik. Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. 

Prezidentin imzaladığı digər bir Fərmanla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək əsasında aşağıdakı dövlət orqanları yaradılıb: 

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Xəbər lenti
0