CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaponiyadakı səfirliyimizdən həmvətənlərimizə müraciət

© AP Photo / Jae C. HongСитуация в связи с эпидемиологической обстановкой в Японии
Ситуация в связи с эпидемиологической обстановкой в Японии - Sputnik Azərbaycan
Abunə olmaq
Həmvətənlərimizdən yeni koronavirusdan səmərəli şəkildə qorunmaq üçün Yaponiyanın müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləmək xahiş olunur

BAKI, 16 mart — Sputnik. Azərbaycanın Yaponiyadakı səfirliyi akkreditə olduğu ölkədə yaşayan həmvətənlərimizə "COVlD-19" epidemiyasının sürətlə yayılması ilə bağlı müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, səfirlikdə bu ölkədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan həmvətənlərimizin yeni koronavirusla əlaqədar mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə “qaynar xətt” də yaradılıb.

Медицинский работник в инфекционном отделение, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusla bağlı rəqəmlər açıqlandı: 711 nəfər karantindən buraxılıb

Müraciətin mətnində deyilir: “"COVID-19"-un yayılmasının qarşısının alınması məqəsədilə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı tədbirlər görülür. Bununla bağlı, Azərbaycanın Yaponiyadakı səfirliyində bu ölkədə müvəqqəti və daimi yaşayan həmvətənlərimizə lazımi köməyin göstərilməsi üçün “qaynar xətt” yaradılıb. Əlaqə telefonu +8170-3844-2000. Bundan əlavə, f_talibov@azembassy.jp elektron poçtu vasitəsilə də əlaqə saxlamaq olar.

Hər hansı bir sualınız olduğu təqdirdə əlaqə saxlamağınızı xahiş edirik”.

Bundan əlavə, müraciətdə həmvətənlərimizdən yeni koronavirusdan səmərəli şəkildə qorunmaq üçün Yaponiyanın müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləmək, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etmək, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmaq və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinmək, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçmək xahiş olunur.

Xəbər lenti
0