Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünyanın ən böyük sərhədi bağlanır

© Sputnik / Vladimir Gorovyih / Mediabanka keçidПограничная зона установлена на границе России с Белоруссией
Пограничная зона установлена на границе России с Белоруссией - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, ötən sutka ərzində Rusiyada daha dörd nəfərdə koronavirusa yoluxma faktı təsdiq olunub.

BAKI, 16 mart — Sputnik. Koronфvirusun yayılması ilə bağlı Rusiya Belarusla sərhədin bağlanması barədə qərar qəbul edib. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş Naziri Mixail Mişustin bildirib.

“Biz bundan sonra da ölkəmizi bu yeni təhdiddən qorumaq üçün əlimizdən gələn hər şeyi edəcək, koronavirusun kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün lazımı tədbirləri görəcəyik”, - Mişustin deyib.

Qeyd edək ki, ötən sutka ərzində Rusiyada daha dörd nəfərdə koronavirusa yoluxma faktı təsdiq olunub.

Yeni xəstələnənlərdən üçü Moskva, biri isə Tümen vilayətindədir.

Ümumilikdə Rusiyada cəmi 63 nəfərdə "COVID-19"a yoluxma təsdiqlənib. Onlardan 60-ı rusiyalı, biri italyan, ikisi isə Çin vətəndaşıdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i "COVID-19" koronavirusunu pandemiya elan edib.

Son məlumatlara görə, dünyada 155 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.

Xəbər lenti
0