Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sonun başlanğıcı - Bu dəfə də ilk xəbər Çindən gəldi

© REUTERS / Baz RatnerPeyvənd, arxiv şəkli
Peyvənd, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çində yeni növ koronovirusa (COVİD-19) qarşı vaksinin tibbi müəssisələrində sınaqdan keçirilməsinə başlanılacaq.

BAKI, 16 mart - Sputnik. Çində yeni növ koronovirusa (COVİD-19) qarşı vaksinin tibbi müəssisələrində sınaqdan keçirilməsinə başlanılacaq. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Çin hökumətindəki mənbə bildirib.

Mənbə bildirib ki, sınaqlar Remdesivir ekstremal preparatının köməkliyi ilə Honkonqda keçiriləcək.

Onun sözlərinə görə, sınaqlar şəhərin üç böyük hospitalında (şahzadə Marqret, kraliça Mariya və Uels şahzadəsi hospitalları) aparılacaq. Sınaqlarda iştirak könüllü olacaq.

Qeyd edək ki, Çində virusa yoluxanların ümumi sayı 80860 nəfərə çatıb. Onlardan 67490 sağalıb, 3213 nəfər isə vəfat edib.

Xəbər lenti
0