Çindən koronavirusla bağlı ümidverici xəbər

© REUTERS / CHINA DAILYСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Son sutka ərzində bütün ölkə ərazisində cəmi 20 yoluxma halı aşkarlanıb ki, onlardan 16-sı kənardan "gəlib", dördü Hubey əyalətində qeydə alınıb

BAKI, 15 mart — Sputnik. Çində yeni tip koronavirusa yoluxma halları gündən-günə azalır. Yoluxanların 82.7%-i artıq xəstəxanalardan evə yazılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, koronavirusdan ölüm halları hazırda Çində 3,95% təşkil edir.

Son məlumatlara görə, Çində təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 80844 olub. Bunlardan 66911 nəfər sağalıb ki, bu da ümumi xəstələnənlərin 82.7%-ni təşkil edir. Epidemiya başlanandan Çində Hubey əyaləti istisna olmaqla 13050 yoluxma faktı olub, bunlardan 114-ü ölümlə nəticələnib. Epidemiya ocağı olan Hubeyin özündə isə 67794 insan yoluxub, onlardan 3085-i ölüb. Ölüm faizi 4.5 olub.  Uhan şəhərində isə ölüm səviyyəsi 4.91% olub. Epidemiya ümumilikdə 3199 insanın ömrünə son qoyub, ölkə üzrə ölüm faizi 3.9% təşkil edib.

Bir neçə gündür ki, Çində epidemioloji vəziyyət yaxşılaşır. Son sutka ərzində bütün ölkə ərazisində cəmi 20 yoluxma halı aşkarlanıb ki, onlardan 16-sı  kənardan gəlib, dördü Hubey əyalətində qeydə alınıb.

Xəbər lenti
0