BAKI, 13 mart — Sputnik. Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə A.Salahova şəxsi "Facebook" hesabında məlumat yayıb.
Buna səbəb onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişinin tapılması olub. O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.
Qeyd edək ki, Aydan Salahova azərbaycanlı məşhur rəssam Tahir Salahovun qızıdır.