Sənədlərini aldılar, indi işə başlaya bilərlər

© Justin Sullivan/Getty Images/AFPПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi haqqında, “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri haqqında” qanun layihəsi və Milli Məclis komitələrinin üzvlərinin seçilməsi barədə məsələlər müzakirəyə çıxarılıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 mart - Sputnik. Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili - Ombudsman haqqında”, “Normativ Hüquqi Aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarına dəyişiklik edilməsi haqqında (II oxunuş), “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi haqqında, “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri haqqında” qanun layihəsi və Milli Məclis komitələrinin üzvlərinin seçilməsi barədə məsələlər müzakirəyə çıxarılıb.

İclasda deputatlara vəsiqələrin təqdim edilməsinə başlanılıb.

Vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.

 

Xəbər lenti
0