Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Musiqi məktəbinə görkəmli bəstəkarın adı verilib

© AR Ministry of CultureАриф Меликов, фото из архива
Ариф Меликов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib.

BAKI, 11 mart — Sputnik. Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə görkəmli bəstəkar Arif Məlikovun adı verilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq sərəncam imzalanıb:

"Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli Sərəncamı ilə Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilmişdir. Məktəb Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 92 ünvanında yerləşir."

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, fəxri adlara yanaşı, Azərbaycan Respublikasının ali mükafatları olan "Heydər Əliyev", "İstiqlal" və "Şöhrət" ordenləri ilə təltif olunub.

Xəbər lenti
0