Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST nümayəndəsindən koronavirusla bağlı acı etiraf

© Sputnik / Alexei Danichev / Mediabanka keçidОтделение для людей с подозрением на коронавирус
Отделение для людей с подозрением на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
"Qeyd edim ki, hazırda isti ölkələrdə də koronavirus yayılıb. Ona görə əmin ola bilmirik ki, havalar qızdıqca virus yox olacaq, ya yox" - Hande Harmancı

BAKI, 11 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda koronavirusla bağlı vəziyyəti qiymətləndirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, H.Harmancı yaz aylarında koronavirusun azalacağına ümid etdiyini bildirib: "Bu, yeni virus olduğu üçün onunla necə davranacağımızı bilmirik. Bu səbəbdən də gözləməliyik ki, görək".

O, havaların istiləşməsi ilə virusun yoxa çıxabiləcəyinə də münasibət bildirib: "Qeyd edim ki, hazırda isti ölkələrdə də koronavirus yayılıb. Ona görə əmin ola bilmirik ki, havalar qızdıqca virus yox olacaq, ya yox".

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus yayılandan bəri nə turizmə, nə də ticarətə məhdudiyyət qoyub. Biz tək-tək hər kəsə nə etməli olduğunu deyə bilmərik.  Amma onu deyə bilərik ki, nə ticarətin, nə də turizmin qarşısı alınmamalıdır”.

Xəbər lenti
0