BAKI, 10 mart — Sputnik. İranda koronavirusa yoluxanların sayı 291-ə yüksəlib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.
"Son bir gündə 881 yeni koronavirusa yoluxma qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 8042-yə çatıb. Ötən gün ərzində bu virusa yoluxan 54 nəfər ölüb".