BAKI, 8 mart — Sputnik. Portuqaliyanın Madeyra arxipelaqının sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avropa Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanlar "UTC" vaxtı ilə saat 20:58-də qeydə alınıb. Zəlzələnin episentri Funşal şəhərindən 55 kilometr cənubda, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.