SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyasi ekspert Milli Fəaliyyət Planından gözləntilərini açıqlayır

© Photo : TRENDПолитический эксперт Айдын Гулиев
Политический эксперт Айдын Гулиев - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi ekspert Aydın Quliyev deyir ki, bu plan ölkəmizin idarəetmə hədəflərinin düzgün və dəqiq, elmi praktiki oalraq proqnozlaşdırıldığını göstərir
Aydın Quliyev: “Prezidentin imzaladığı sərəncam strateji sənəddir”

Prezident İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Siyasi ekspert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, açıq hökumətin təşviqi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam strateji sənəddir:

“Bu, ölkəmizdə idarəetmənin müasir dünya çağırışlarına uyğun qurulduğunu bir daha ifadə edir. Eyni zamanda bu fəaliyyət planı ölkəmizin idarəetmə hədəflərinin düzgün və dəqiq, elmi praktiki oalraq proqnozlaşdırıldığını göstərir. Fəaliyyət planının həyata keçirilməsi dövlət orqanlarında şəffaflığın, hesabatlılığın daha yüksədə səviyyədə olmasını təmin edəcək”.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0