Dəhşətli virus İranı ağuşuna alıb: Xəstələrin sayı durmadan artır

© AFP 2024 / HAIDAR HAMDANIСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə İranda bu xəstəliyə yoluxanların sayı 4747-ə, ölənlərin sayı isə 17 nəfər artaraq 124-ə çatıb.

BAKI, 6 mart — Sputnik. İranda son 24 saat ərzində rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

Тест на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirus şübhəsi olanlara sərt xəbərdarlıq

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

"Onun sözlərinə görə, 24 saat ərzində 1234 yoluxma qeydə alınıb ki, bu da rekorddur. Ümumilikdə bu xəstəliyə yoluxanların sayı 4747-ə çatıb", - deyə Cahanpur vurğulayıb.

Məmur əlavə edib ki, koronavirusa yoluxanların sayının artmasına səbəb virusun test edildiyi mərkəzlərin sayının artması ilə bağlıdır.

Bu arada İranda koronavirusdan ölənlərin sayı 17 nəfər artaraq 124-ə çatıb.

Xəbər lenti
0