BAKI, 6 mart — Sputnik. "Azərbaycanda koronavirus aşkarlanan xəstələrin vəziyyətində hər hansı bir ağırlaşma yoxdur. Hazırda onların vəziyyəti kafidir, hərarətləri normaldır, heç bir şikayətləri yoxdur. Xəstəxana şəraitində lazımi bütün tibbi yardımlar edilir".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Nazirlər Kabineti (NK) yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
O, xəstələrin vəziyyətinin stabil olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanda 6 nəfərdə koronavirus aşkarlanıb.