CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müşahidə olunan dumanın səbəbləri açıqlanıb

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır.

BAKI, 5 mart — Sputnik. Bugün səhər saatlarından başlayaraq Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, görünüş 700, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət də 91 faiz civə sütunu olub.

Hazırda Bakıda müşahidə edilən duman - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qatı düman səbəbindən sürət endirildi

Duman az qradiyentli atmosfer təzyiqi sahəsində zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Bu meteoroloji hadisə hazırda nəinki Abşeron yarımadası, həm də Xəzərin şimal akvatoriyasını əhatə edir. Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır.

Qeyd edək ki, dünən havanın temperaturu iqlim normasını 5 dərəcəyədək aşaraq 17 dərəcə olub. Gecə saatlarında yer səthi tədricən soyuduğuna görə havanın aşağı qatlarının da soyumasına səbəb olub.

Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur.

Xəbər lenti
0