CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronovirus xəstələrinin sayı artdı – Yeni yoluxanlar tapılıb

© AFP 2024 / STRСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir – Operativ Qərargah

BAKI, 5 mart — Sputnik. İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Больница, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirusa yoluxmuş 3 nəfərin vəziyyəti stabildir

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

"Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir", - deyə, qərargahdan bildirilib.

Bundan əvvəl ölkədə koronavirus aşkarlanan şəxslərin sayı üç idi. Hazırda bu virusa yoluxan şəxslərin sayı 6-dır.

Xəbər lenti
0