BAKI, 4 mart — Sputnik. 2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2270 nikah bağlanıb. 2018-ci ildə belə nikahların sayı 2256, 2017-ci ildə 2429 olub. Bu bardə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, ötən il əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikah bağlayanların 1160-ı qadın, 1110-u kişi olub.
2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub.
Ötən il Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.