CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa görə tibbi müayinələr üçün pulu kim ödəyir?

© AP Photo / Francois MoriЛаборант вставляет жидкость в пробирку, фото из архива
Лаборант вставляет жидкость в пробирку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı hiss etdiyiniz halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) nömrələrinə müraciət edin

BAKI, 3 mart — Sputnik. Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib.

Sputnik Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına istinadla xəbər verir ki, xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Koronavirus durmaq bilmir: yeni rəqəmlər açıqlandı

Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən, sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.

Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər.

Xəbər lenti
0