Xameneinin müşaviri koronavirusdan öldü

© AFP 2024 / Bilal HusseinБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
71 yaşlı Mirməhəmmədinin ölümü İranda idarəetmə sistemində başqa şəxslərin də xəstə ola biləcəyini gündəmə gətirib

BAKI, 2 mart — Sputnik. İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Məhəmməd Mirməhəmmədi koronavirusdan vəfat edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun Tehranda xəstəxanada dünyasını dəyişdiyi deyilir.

71 yaşlı Mirməhəmmədinin ölümü İranda idarəetmə sistemində başqa şəxslərin də xəstə ola biləcəyini gündəmə gətirib.

Xatırladaq ki, İran tarixində ilk qadın nazir müavini olan Məsumə Ebtekarın xəstələnməsindən sonra İran hökumətində çalışan İraj Harircinin də xəstələndiyi açıqlanmışdı.

Qeyd edək ki, koronavirusa bu günə qədər İranda 1501 nəfər yoluxub və 66 nəfər ölüb.

Virus Çin də daxil olmaqla bütün dünyada 3000-dən çox insanın ölümünə səbəb olub.

Xəbər lenti
0