CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP sürücülərə müraciət etdi

© Pexels Hugo Santos / driverSürücü
Sürücü - Sputnik Azərbaycan
Abunə olmaq
Yol polisinin sərnişinlərə də müraciətində qeyd olunur ki, hərəkət zaman sürücülərlə söhbət edib diqqətini yayındırmasınlar və nəqliyyatdan istifadə edərkən yalnız dayanacaqda avtobusu gözləsinlər.

BAKI, 2 mart — Sputnik. Hazırda paytaxt ərazisində hava şəraitinin kəskin dəyişməsi, nisbətən soyuq, eləcə də yağmurlu hava şəraiti hökm sürür. Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi sürücülərə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, idarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov mövcud hava şəraitini nəzərə alaraq sürücülərin sürət həddini minimuma endirməli olduqlarını bildirib: "Hərəkət zamanı avtomobillər arasında məsafəni normadan artıq saxlanılmasını təmin etmək lazımdır. Eləcə də, şüsəsilənlərin saz vəziyyətdə olmasına diqqət etsinlər. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanları təmiz saxlanılmalı və aydın görsənməlidir. Yol boyu idarəetmədən diqqəti yayındıran hərəkətlər etməsinlər".

Bundan başqa, Vaqif Əsədov bildirib ki, sürücülər yağışın yaratdığı görməçələrlə hərəkət etdikdə ətrafda piyaların olub-olmamasına diqqət yetirsinlər: "Sürücülər çalışmalıdırlar ki, hərəkət zamanı çirkli yağış suları ətrafa səpələnməsin və piyadaların üstünə düşməsin".

Hava və yol şəraitini nəzərə alaraq sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, getdiyi hərəkət istiqamətində hər hansı bir təhlükə yarandıqda təhlükədən yayına bilsin.

Yol polisi piyadalara da müraciət edib: "Piyadalardan xahiş olunur ki, diqqətli olsunlar. Piyada keçidindən istifadə etməyi unutmasınlar. Yaxınlaşmaqda olan avtomobilin sürət həddinə diqqət yetirsinlər. Hərəkətdə olan avtomobilin qarşısından qaçmaqla sürücüləri çaşdırmasınlar. Yolu keçərkən qulaqlıqdan istifadə edilməməsini tövsiyə edirik ki, ətrafda avtomobilin səs sinqalını eşitmək mümkün olsun. Yolu keçərkən avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçin".

Yol polisinin sərnişinlərə də müraciətində qeyd olunur ki, hərəkət zaman sürücülərlə söhbət edib diqqətini yayındırmasınlar və nəqliyyatdan istifadə edərkən yalnız dayanacaqda avtobusu gözləsinlər.

Xəbər lenti
0