Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bədbin proqnoz: "İnkubasiya dövrü 14 gündən də artıq ola bilər"

© REUTERS / Dado RuvicTest tube with Corona virus name label is seen in this illustration
Test tube with Corona virus name label is seen in this illustration - Sputnik Azərbaycan
Abunə olmaq
"İnkubasiya dövrü 14 gündən də artıq ola bilər. Xəstəlik şübhəsi ola biləcək şəxslər 14 gündən sonra yenidən bir neçə həftə nəzarətdə saxlanılmalıdırlar. İki həftə inkubasiya üçün qəti müddət ola bilməz" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Çin koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeni məlumat yayıb. Məlumatda bildirilir ki, buna səbəb 70 yaşlı kişidə virusun 27 gün sonra aşkarlanması olub. Belə ki, Çinin Hubey əyalətində yaşayan 70 yaşlı kişinin yanvarın 24-də virusa yoluxduğu aşkarlansa da, ona ilk dəfə olaraq belə bir diaqnoz fevralın 20-də qoyulub. Məlum olub ki, həmin kişi avtomobil sürərkən infeksiyaya yoluxmuş bacısı ilə ünsiyyətdə olub.

Məhz buna görə, çinli həkimlər infeksiyasının inkubasiya dövrünün iki həftədən çox olduğu qənaətinə gəliblər.

Bir çox ölkələrdə, eyni zamanda Azərbaycanda da koronavirusa görə inkubasiya dövrü Ümumdünya Səhiyyə Təşkilatının irəli sürdüyü kimi 14 gündür. 14 gündən sonra xəstəlik şübhəsi olan, xüsusən də başqa ölkələrdən gələnlərin  inkubasiya dövrünün başa çatması müşahidə olunur.

Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirus keçəcək, amma bu "xəstəlik" qalacaq - Ona qarşı hansı "dərman"ı ataq?

Bu müddətin artırılmasına necə, ehtiyac varmı?

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Viruslar adətən hüceyrə daxilində qalaraq orada fəaliyyətini davam etdirir. Yanaşı xəstəliklər, xüsusən də yuxarı tənəffüs yollarının yanaşı patologiyası, soyuqdəymə olduqda belə viruslar daha çox özünü büruzə verir. Belə olan halda bu müddət iki həftə və daha çox ola bilər. Birbaşa olaraq xəstə adamla təmasdan deyil, hansısa əşyaya, yerə toxunmaqla da insan virusa yoluxa bilər. Bu həmçinin hava-damcı yolu ilə də ola bilər. Bu səbəbdən də əllərin tez-tez, ən azı yarım dəqiqə isti su ilə yuyulması, ağzın maskalanması vacibdir".

"Boğazda yanıqlıq, bağırsaqların fəaliyyətində pozuntular, döş qəfəsində sıxıntı varsa, hətta qrip, burun axma əlamətləri olmadığı halda belə həkimə müraciət etmək lazımdır. Çünki belə şəxslərdə qrip əlamətləri sonda ortaya çıxır. İnsanlar öz səhhətlərinə daha çox diqqətli olmalı, panikaya uymamalıdır. Nəzərə alaq ki, mart iqlim təlatümlərinin olduğu aydır. Lakin apreldən istilərin başlaması isə onu deməyə əsas verir ki, artıq virusun ömrünə bir o qədər də çox qalmayıb", - deyə o əlavə edib.

Ekspert bildirir ki, şübhəli şəxsləri yoxlamaq lazımdır, çünki adi üsulla koronavirusu təyin etmək olmaz: "Mikroskop altında identifikasiya olunmasa, həmin şəxsin koronavirus olub-olmamasını demək çətindir. Ümumiyyətlə, bu viruslar dözümlü deyil, onlar yüksək hərarətdə məhv olurlar. Orqanizmdə temperatur yüksəldikcə, onlar hüceyrə daxilində məhv olurlar".

"İnkubasiya dövrü 14 gündən də artıq ola bilər. Xəstəlik şübhəsi ola biləcək şəxslər 14 gündən sonra yenidən bir neçə həftə nəzarətdə saxlanılmalıdırlar. İki həftə inkubasiya üçün qəti müddət ola bilməz", - deyə o əlavə edib.

Xəbər lenti
0