BAKI, 28 fevral — Sputnik. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı (050) 274 30 82 nömrəli “Qaynar xətt" fəaliyyətə başlayıb. ASCO-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.
ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.