Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 27 fevral — Sputnik. "Populyasiya ekologiyası, yəni müəyyən müddətdə hansısa ərazidə nə qədər heyvanı vurmaq olar, bunun olması çox önəmlidir. Bundan başqa, vəhşi təbiətin davamlı idarə olunması da ovçuluğun nəticəsində meydana çıxıb".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ornitoloji Cəmiyyətin sədri Elçin Sultanov Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
O bildirib ki, məməlilərin süni artırılması üçün şərait yaratmaq lazımdır. Məməlilər daha çox payızda çoxalır.
Bundan başqa, E.Sultanov qeyd edib ki, fevraldan etibarən, yaz aylarında quşların ovu düzgün deyil: "İş yaxşı qurulmadıqda, süni artım olmadıqda neqativ hallar müşahidə olunur. Ov heyvanlarının yoxa çıxması ilə deqradasiya yaranır".