BAKI, 24 fevral — Sputnik. Türkiyə Superliqasında "Qalatasaray"la oyundan sonra "Fənərbağça" klubunun baş məşqçisi Ərsun Yanal şəxsi avtomobili ilə evinə gedib.
Sputnik Azərbaycan "Anadolu"ya istinadən bildirir ki, oyundan iki saat sonra "Ülker" stadionunu tərk edən Yanalı idarə heyətinin üzvü Səlahəddin Bakı ötürüb.
Bundan sonra jurnalistlərin Yanalın köməkçisi Volkan Kazaka yönləndirdikləri "Yanal istefa etdimi?" sualına cavab olaraq bu xəbərlərin doğru olmadığını deyib.
Habertürk-ün məlumatına görə, mətbuat konfransına da Ə.Yanalın əvəzinə qatılan V.Kazak heç bir suala cavab verməyəcəyini bildirib. "Mənim verəcəyim cavablar sizi qane etməyəcək, onlara 1-2 günə Ərsun Yanal özü cavab verər", - V.Kazak deyib.
Volkan Kazak: "Serdar Aziz'e yapılan pozisyonda penaltı için VAR'a gitmiyor, Donk'un kırmızı olması lazım. VAR kayıtları vardır dinlesinler, hakemin içeride oyuncularımıza baskı altına almak için söylediği şeylerin analizi yapılabilir." pic.twitter.com/OQoFTKF4D6
— Fener Ajans 🇹🇷 (@ajansfenercom) February 23, 2020
Fevralın 23-də Kadıköydə "Qalatasaray" 21 il sonra ev sahibi "Fənərbağça"nı 1:3 hesabı ilə məğlub edə bilib.
Oyunda qolları: Kruse (21` pen.) (Fənərbağça), Donk (40`), Falkao (80` pen.), Onyekuru (90+7`) (Qalatasaray) vurublar.
Ərsun Yanal (66`), Deniz Türüç (84`) (Fənərbağça), Belhanda (84`) (Qalatasaray) isə qırmızı vərəqə alıblar.
"Fənərbağça" hazırda 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. "Qalatasaray" isə 45 xalla ikinci pillədədir.