Millət və xalq üçün ən önəmli günlərdən biri

© Photo : Facebook / Bakı Şəhəri üzrə Təhsil İdarəsiBakı məktəblərin birində tədris prosesi, arxiv şəkli
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilib 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilib

BAKI, 21 fevral — Sputnik. Bu gün Beynəlxalq Ana Dili Günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabrında keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib. 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilib.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa imkan yaradır.

 

Xəbər lenti
0